Create New List
Share with your friends
Customize readability

Bir Damla Ay Işığı

All Rights Reserved ©

Summary

Tragediayalarla dolu həyat hekayəsi olan Lukresia yeni və xoşbəxt bir həyat ümidi ilə universitet həyatına başlayır. Amma telehin qaranlıq üzü onu təqib etməyə davam edir. Universitet həyatı da çalxantılı keçən Lukresianın həyatın çətinliklərinə qalib gəlməsində ona kömək edəcək kimsə olacaqmı?

Status
15 mins ago
Chapters
1
Rating
n/a
Age Rating
16+

Bölüm 1. Hissə 1. Dekanlıq

Avqust ayının sonları. Qu parkı. İlıq və həzin yaz küləyi qovaq ağaclarının arasından süzülərək Lukersianın parlaq qəhvəyi saçlarını yavaşca qaldırdı. O parkın ortasında həyəcanlı və tələsik addımlarla irəlləyir, ilk dəfə gördüyu bu parkın gözəlliyinə məst olmuşcasına ətrafına nəzər yetirirdi. "Necədə gözəl bir yerdir" deyə düşündü. Parkın mənzərəsinə başı qarışan Lukresia ona doğru gələn velosipetin fərqinə belə varmadı. O, ancaq velosipetin üzərindəki güzgünün günəş işığının gözünü qamaşdırmasından sonra vəziyyətin nə yerdə olduğunu anladı. Tez özünü kənara atdı. Onu yıxılmaqdan son anda park skamyası saxladı amma görünür buda yetərli olmadı və skamyanın üstünə yıxıldı. Iki qolu arasında tutduğu kitab, qeyd təftəri və qələmlər parkın səkisinə səpələndi. Hadisənin yaşatdığı çaşqınlıqla ordaca bir müddət donub qaldı. sonra gözü yerdəki əşyalarına sataşdı tez özünü toparlayıb aşağı əyildi, kitabları və arsından saçılan sənədləri toplamağa başladı. Lukresianın saçları biraz dağılmış, üzünün iki tərəfinə yayılmışdı. Günəş işığı Lukresianın saçlarında parıldayır və saçının rəngini daha da dolğun göstəriridi. Lakin bu anda o gözəl saçların arxasında Lukresianın yanağından bir damla göz yaşı süzüldü. Yanağında süzülən inci kimi göz yaşları parkın səki daşlarının üzərinə damlayır, daşın istiliyindən elə ordaca yox olurdu.

" Axı niyə bütün bədbəxt hadisələr mənim başıma gəlir" deyə qısıq səslə öz-özünə dedi, sənədləri toplayaraq. ayağa qalxdı və göz yaşlarını sildi, "yox pozitiv olmaq lazımdır. Axı bu gün önəmli gündür." deyərək özündə təskinlik tapdı və yeyin addımlarla irəlləməyə başladı. Onsuzda gedəcəyi yerə az qalmışdı. Parkın sonundan sağa döndü və gözləri, önündə yüksələn binaya zilləndi. Heyranliq içindəki baxışlarını binanın üzərindəki yaziya çevirdi. Daşlar oyularaq "A" Dövlət Univerisiteti-dekanlıq yazılmışdı. Bu bina 1750 illərdə "X" adında bir xeyriyəçi tərəfində tikdirilmişdi. Əvvəllər "A" universiteti burda fəaliyyət göstərmiş 1900-cü illərin sonlarında başqa yerə köçürülmüş. Bu bina isə dekanlıq kimi istismara verilmişdi. Bina tikildikden sonra 3 böyük müharibə görmüş və ağır dağıntıya məruz qalmışdı. Sonralar yenidən restorasiya edilib əvvəlki ehtişamına qaytarılmışdı. Binanın bu qısa tarixi Lukresianın zehnindən anlıq olaraq keçdi. Bu fikrlərə elə dalmışdı ki, işıqforun yaşıl işığının yandığını son anda anldı. Lakin arxasında o fikrə dalmışkən toplaşan insan qalabalığı onadan daha sürətli hərəkət etdi. Az qalsın onu əzib keçəcəkdilər. İnsanların arasında sürətli addımlarla irəlləməyə başladı. Yolun bitdiyini ancaq ətrafındakılar fərqli istiqamətə dönüb dağılışanda anladı. biraz dayanıb nəfəsini dərdi sonra isə o görkəmli binaya tərəf irlləməyə başladı. Binanın ətrafında universitetin tələbələri, müəllimlər və valideyinlər var idi. Lukresianın diqqətini bu insanların arasında əyinlərində cübbə olan müəllimlər cəlb etdi.

Bu universitetdə hər bir fakultənin özünə məxsus geyimi var. Geyimlərin əsas fərgləndirici xüsusiyyəti rəngləri və sinə hissəsindəki fakultə logoları idi. Geyimlərin üzərindəki qızılı ipək işləmələr günəş işığınında təsiri ilə xüsusilə nəzərə çarpırdı. Lukresia bunlar arasında tarix fakültəsinin formasını o saat tanıdı. Axı necə tanımaya bilərdi uzun illərdi bu fakültəyə qəbul olmaq üçün çalışmış, oun haqqında hər məlumatı öyrənmişdı. Və budur o artıq dekanlıq binasının girişindədir. Lukresia xırdaca əllini qapının uzun dəmir əlcəyinə apardı. Həyacanlı idi. Qapını açmaq istədikdə düşündüyündən də ağır olduğunun fərqinə vardı. Iki əlini işlətmək məcburiyyətində qalan qızcığaz çətinliklədə olsa qapını aça bildi. Ağır addımlarla içəri girdi. Qapını astaca örtməyə çalışsada alınmadı. Qapının əlcəyi həyəcandan tərləmiş əllərinin arasından sürüşdü və gurultu ilə örtüldü. Lukresia qapının səsindən ürkmüş başını aşağı dikərk dayanmışdı. Yanaqları qızardı. Nəfəsi kəsiləcəkmiş kimi oldu. O anda ətrafındakı insanların baxışlarını öz üzərində hiss etdi. Utanmiş halda başını qaldırıb ətrafına baxdı. Hamının nəzərinin onun üzərində olduğunu düşünürdü amma elə deyildi. Salonda hamı öz işi ilə məşğul idi. Kimisi əlində kitab və sənədlərlə harasa tələsir kimisi söhbət edir və s.. Bu Lukresianı sakitləşdirdi. Saçını və geyiminin düzəltdi. Bundan sonra ətrafına nəzər yetirdi o anda binanın əsas zalının gözəlliyi onu valeh etdi. Zal olduqca geniş və işıqlı idi. Tavanın tam mərkəzində böyük bir çilçıraq var idi. Onun sağ və sol hissəsi ilə zalın sonuna qədər uzanan daha kiçik çilçıraqlar zalın qalan hissəsini işıqlandırırdı. Qapı ilə üzbəüz binanın tikintisini maliyyələşdirən xeyriyyəçinin büstü onun iki tərəfində divarda isə ölkənin qurucu liderlərinin şəkilləri var idi. Lukresia ətrafını nəzərdən keçirərkən bura niyə gəldiyini belə unutmuşdu. Elə biraz getmişdi ki, önündə bir əl bəlirdi. "Salam xanım sizə nə lazım idi.?". Bu binanın mühafizəçisi uca boylu, qaməti düz, bir qədər yaşlı Mr. Bruno Nelson idi. Lukresia bir an duraxsadı. Sonra suala cavab verdi. " Mən... Mən bu universitetə yeni qəbul olmuşam. İndi isə yataqxana qeydiyyatdan keçmək üçün bura gəlmişəm" sözünü bitirdikdən sonra dərindən bir nəfəs aldı. Mr. Nelson asda sesle " Sizi təbrik edirəm xanım. Universitetimizə xoş gəlmisiniz. Yataqxana qeydiyyatı üçün gerek ki, 8-ci qeydiyyat bölməsinə yaxınlaşasız". Mr. Nelson bunu dedikdən sonra bu çaşqın baxışlı qızı diqqətlə süzməyə başladı. “ Xanım gəlin ən yaxşısı mən sizi otağa qədər ötürüm”. Lukresianın yanaqları qızardı başını həfifcə qaldırıb “ Yox... cənab sizi narahat etmək istəmərəm. Mən özüm həll edərəm”. Mr. Nelson “ Heç bir əziyyəti yoxdur gözəl xanım. Axı mənim işim budur. Zəhmət olmasa məni təqib edin”. Mr. Nelson irəliyə keçdi və yeyin addımlarla irəlləməyə başladı. Lukresia bəlkədə bu cənabın yaşına aldanmışdı ki, onun bu qədər sürətlə hərəkət etməsinə təəccüblənmişdi. Qızın geridə qaldığını sezən Mr.Nelson geriyə dönüb Lukresiyaya müraciət ederək “ Xanım gərək biraz tələsək vaxt məhduddur” sözünü bitirib həmin sürətlə yoluna davam etdi. Lukresia ürkək bir səslə “ bağışlayın cənab” deyib qaçmağa başladı. Zalın ortasında özünü Mr. Nelsona çatdırdı. Yuxarı mərtəbələrə gedən pilləkənlərin önündə Mr. Nelson sürətini azaltdı və Lukresia ya müraciət edərək “ İndi biz 3- cü mərtəbəyə getməliyik. Liftdən istifadə etməyimiz daha yaxşı olardı lakin təəssüf ki, liftlərdə nasazlıq var. Ona görə pilləkənlərdən istifadə etməli olacağıq”. Lukresia başını yelləyərək təsdiq etdi və yanaşı irəliləməyə başladılar. Binanın bu hissəsi demək olar işləmirdi. Elə bu səbəbdəndir ki, buranın təmiri binan digər hissələrinə nisbətən pis idi. Pilləkənlərin bir neçəsi sıradan çıxmış, işıq lampaların bəzisi işləmirdi. Lukresia addımlarını diqqətlə atmağa çalışırdı amma yuxari irəllədikcə işıq dahada azalırdı. Ikinci mərtəbəyə artıq çatmışdılar ki, son pillədə Lukresianın ayaqqabısının dabanı pilləkəndəki bir oyuğa irişdi müvazinətini itirdi. Onu son anda Mr. Nelson tutmasaydı pilləkəndən aşağıya yıxılacaqdı. Mr. Nelson onu qolundan yaxalanmışdı. “ Xanım siz yaxşısız bir yeriniz əzilmədi?” Lukresia bərk qorxmuşdu. Ürəyi sürətlə döyünür, əlləri xəfif əsirdi. “ Xeyr cənab”- dedi alçaq və həyəcanlı bir səslə. “ Mən yaxşıyam çox sağolun”. “Biraz ehtiyyatlı olun”- dedi Mr. Nelson. Başını qaldırıb yuxarını göstərərək “ sadəcə bir mərtəbəmiz qalıb”-dedi. İstəyirsinizsə qolumdan tutun. Sizin üçün daha yaxşı olar”. Lukresia bir anlıq tereddüt etdi amma qorxusu utancına qalib gəldi və təklifi qəbul etdi.

Artıq üçüncü mərtəbənin girişinə çatmışdılar. Mr. Nelson üzünü qıza çevirib asta bir təbəssümlə “ xanım mən artıq buradan sonra sizə yol yoldaşı ola bilməyəcəm. Tarix fakültəsinin yataqxanasına qeydiyyat üçün zalın sonundan sola dönün üç qapı sonra 223- cü otağa daxil olun”. Lukresia xəfifcə önə əyilərək təşəkkür etdi. Mr. Nelson da qarşılıq verərək papağını çıxarıb başını önə əydi. “ Sizə uğurlar” dedi və aşağıya enən pilləkənlərin arasında yox oldu.

Lukresia dərin bir nəfəs aldı və üzünü iki tərəfində qapılar olan uzun, dar zala çevirdi. Irlləməyə başladıqda ona elə gədiki ki, zalın sonu heç gəlməyəcək. Zal o qədər səsiz idi ki, Lukresianın qulağında bir uğultu başladı. Ürəyi sürətlə döyündü sanki yerindən çıxacaqdı. Ansızın öskürməyə və boğulmağa başladı. Lukresia nə olduğunu başa düşmüşdü astma tutması başlamışdı. Axı niyə? Çətinliklə də olsa başını qaldırdı, öskürməkdən gözləri sulanmışdı. Ətrafı yaxşı seçə bilmirdi. Əli ilə gözlərini ovuşdurdu. Bundan sonra vəziyyətin nə yerdə olduğunu anladı. Zalın heç bir yerində pencərə yox idi. Pilləkənlərdən çıxnadan sonra onsuzda biraz təngənəfəs olmuş həmçinin ətrafın tozlu və rütubətli olması vəziyyəti dahada pisləşdirmişdi. Bunları fikirləşmək üçün vaxt yox idi. Tez əlini çantasına atdı. Astma ücün spreyini axtarmağa başladı. Öskürəyi dahada şiddətlənməyə başladı. Bu anda gözləri qaraldı, dizlərinin üzərinə çökdü. Çantanın içərisində heçnə tapa bilmədi. Sonunda çantanı tərsinə çevirib sirkələdi içindəki əşyalar ətrafa səpələdi. Astma sipreyi ən sonda çantadan düşdü. Yerə düşüb zalın zəminində sürüşərək az öncə zala daxil olduğu qapıya dəyərək dayandı. Lukresia nə edəcəyini bilmirdi, öskürə onu tamam taqətdən salmışdı. Bədəninin ağırlaşdığını hiss etdi. Qollarında taqət qalmamışdı. Bədənində topladığı son bir güclə özünü divara tərəf itələdi və belini yasladı. Kömək çağırmaq istəyirdi amma alınmırdı havasızlıqdan səsi eşidilməyəcək qədər zəif və xırıltıl çıxırdı. Birazdan göz qapaqlrı ağırlaşdı. Bədənini sabit saxlaya bilmədi yana doğru yıxıldı.

Huşunu itirmişdi.Yox. Bədənini hiss edə bilmirdi amma zehni hələdə açıq idi. Sanki qaranlıq bir boşluqda süzülürdü. Heç bir yerə hərəkət edə bilmir, səsi çıxmırdı. Ümidsizlik onu ağuşuna almışdı. Birdən o qaranlıq boşluqda kiçik bir işıq zümrəsi gördü. İşıq ona tərəf yaxınlaşmağa ,get-gedə böyüməyə və bədənini sarmağa başladı. Lukresia gözlərni araladı. Önündə qaranlıq bir siluetdən başqa heçnə görmürdü. Bu bəlirsizlik içində sadəcə bunu deyə bildi “ Sprey...spre....” yenə göz qapaqları ağırlaşdı.

Let Qərib Əliyev know what you thought about this chapter!
Love this

0

Love this

Funny

0

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

0

Heartwarming

Shocking

0

Shocking

Good Writing

0

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

0

Great Character

Strong Dialog

0

Strong Dialog