“Qaranlığı” Yazanın Gecəsi by Habil Yashar Yazar at Inkitt
Customize readability
Aa

“Qaranlığı” yazanın gecəsi

All Rights Reserved ©

Summary

Ax, o qədər yorulmuşam ki...Qələmi sındırıb, kağızı da cırmaq istəyirəm. Ax, deyəsən həqiqətən yorulmuşam, özü də lap çox. Yorulmaq nədir ki... Ondan da betər olmuşam. Usanmışam, bezmişəm, lap cana gəlmişəm.

Status
Complete
Chapters
2
Rating
n/a
Age Rating
13+

Qələm və Kompüter

Ax, o qədər yorulmuşam ki...Qələmi sındırıb, kağızı da cırmaq istəyirəm. Ax, deyəsən həqiqətən yorulmuşam, özü də lap çox. Yorulmaq nədir ki... Ondan da betər olmuşam. Usanmışam, bezmişəm, lap cana gəlmişəm.

Bir qədər köks ötürdükdən sonra:

İlahi, gör nə qədər havalanmışam ki, kompüter qarşımda dura-dura yazıq qələm-kağızı danlayıram. Axı çoxdandır kompüterlə yazdığımı da unutmuşam. Bunu bildiyim halda nədən qələm-kağızı günahlandırdım ki...Xeyr, onların zərrə qədər də günahı yoxdur. Günahkar, bəli, günahkar məhz kompüterdir. Ax səni kompüter, insan icadı olmağına baxmayaraq, deyəsən yavaş-yavaş insanı da üstələməkdəsən. Üstələ, üstələ görək axırda nə edəcəksən. Ya sonumuza çıxacaqsan, ya da sən də biz insanlar kimi, özün-özündən yorulacaqsan və günlərin birində kompüteri yaratdıqları üçün biz insanları danlayacaqsan, necə ki, biz də bəxtimizdən şikayət edib, bizi yaradanı, yəni Allahı müqəssir bilirik. Ax, qarışdırdım, hər şeyi bir-birinə o qədər dolaşdırdım ki, lap həftəbecər elədim. İndi mən yazmaq istəyərkən kompüterin nə günahı var ki...Ey qələm-kağız və ey kompüter, hər birinizdən dönə-dönə üzr istəyirəm. Günahkar, bəli, əsl günahkar elə mən özüməm. Bəli, mən günahkaram, özü də xalisindən. 1.4 kqlıq beynimi o qədər yükləmişəm ki, milyon, bəlkə də milyard kompüter ola bu yükü üzərinə götürə bilməz, error verərək fəaliyyətini dayandıra bilər. Ah, nə isə, yaman çox zəvzəklədim. Axı mən yazmalıyam. Gecənin bir aləmi (kompüterində saat 00:25 göstərir) yuxuma haram qatmağımın səbəbi yazmaq deyilmi... Elə isə yazmağı bir kənara qoyub nədən başqa şeylər haqqında düşünürəm... Nə isə, başladım yazmağa. Ya Allah.

Ya Allah demişkən, bir şey yadıma düşdü. Ah, yenə fikrimi dağıdacağam deyəsən. Hə harda qalmışdım?... Ya Allah demişkən, görəsən ateistlər yazarkən və ya hər hansı bir işə başlayarkən “Ya Allah” yerinə hansı ifadəni işlədirlər. Yəqin ki, “başladıq” deyərək başlayırlar işə. Amma... Amma nə? Yenə ağlıma bir şey gəldi. Ax mən bu cızmaqaramı nə zaman yazacağam görəsən... İllər qabaq bir ateistlə avtomobilə əyləşərkən onun “Ya Allah” deyərək sükana əyləşdiyinin özüm şahidiyəm axı. O zaman nə qədər təəccüblənmişdimsə hal-hazırda da onun təsirindən çıxa bilmirəm. Bu necə ola bilər və ya bu qədər ziddiyyət ola bilərmi? Bu dünyada hər hansı bir ateistdən “Ya Allah” sözünü eşitmək qədər qəribə nəsə ola bilərmi? Zənn etmirəm. Ax nə isə, digərlərinin nə düşünüb-düşünmədiyi nəyimə gərək. Mən öz yazımı yazmağa çalışmalıyam. Vaxt gedir, vədə gedir. Hələ istədiklərimə tam olaraq nail ola bilməmişəm. Hər saniyəmin qızıl dəyərində olduğunu bildiyim halda mümkünsüzləri mümkün etmək haqqında düşünməyimin mənə nə faydası. Onsuz dünya yaranan gündən yaxşı ya pis öz axarıyla getmirmi...Kim onu dəyişməyi bacarıb ki, mənmi onu dəyişə biləm... Əlbəttə, bu mənim başım üçün deyil. Onda nədən vaxtımın itirilməsinə yol verirəm. Ya Allah başladım.

Toparlanıb yazmağa başlayarkən:

Ax bu Nazim. Zəng etməyə vaxt tapdın da.

-Alo!

...

-Hə bildim, necəsən?

...

-Hal-hazırda yazmaqla məşğulam.

...

Yox, bu nə sözdü, xoşdu qardaş.

...

Hə, saat 5 üçün olacam “Aygün city” nin qarşısında.

...

Görüşərik, hələlik.

...

Ax, on dəqiqədir oturmuşam kompüterin qarşısında. Allahın bir cümləsini, nəinki cümləsini hətta bir sözünü də yaza bilməmişəm. Fikrim elə dağda, aranda. Üstəlik də bu zəng. Heç hənanın yeri idi. Mərdimazara lənət. Əstafurullah. Öz yaxın dostuma gör nə deyirəm da. Şeytana lənət. Hə lənət olsun şeytana. Odur mənim düşüncələrimi dolaşıq salaraq yazmağa qoymayan.

Azacıq sükutdan sonra:

Şeytan demişkən. Görəsən, o hal-hazırda məni görürmü? Hərəkətlərimi izləyə bilirmi?. Bəlkə də görməyinə görür. Yaxşı bəs, düşüncələrimi oxuya bilirmi? Ax, deyəsən dəli oluram. Əşi şeytanın məni görüb-görməməyi nəyimə lazım. Adama deyərlər ki, a bala otur yazını yaz da, sənin şeytanla nə işin. Yoxsa şeytanla alış verişin var. Beynimi vurub dağıtmaq istəyirəm, olmayan beynimi. Amma yazmaq üçün beyin lazımdır axı. Axı yazmaq mənim ən böyük ehtirasımdır. Offf...Yenə qatıb-qarışdırdım. Gah beynimi dağıtmaq istəyirəm, gah da yazmaq. Yox, yox qoy yazım. Beynimi sonra da dağıda bilərəm. Bir də ki, beynimi dağıtmaqla nə düzələcək ki... Zaman yenə su kimi axacaq, dünya da öz ətrafında həmişəki kimi fırlanacaq. Ara yerdə özümü məhv edəcəyəm. Onsuz da məhv olmuş kimiyəm. Amma indi bu müzakirələrin yeri deyil. Şeytana lənət. Yazmağa davam.

Bir qədər sükutdan sonra “Word” də ilk söz olaraq “Qaranlıqdayam” yazılmasına rəğmən...

Qaranlıq demişkən...Bir az qaranlıqdan qorxuram axı, bəlkə də bir az yox, normadan daha çox. Bəzən qışqıraraq yuxudan qan-tər içində oyanır və bəzən də yuxuyla-oyanıqlıq arasında iflic vəziyyətində qalıram. Hətta bir dəfə qapqara geyinmiş çarşablı qadın gecədən səhərə kimi qapının yanında dayanaraq düz gözlərimin içinə baxırdı. Qorxudan hərəkət etmək bir yana, heç səsimi də çıxara bilmədim ki, evdəkilər eşidərək məni bu gorbagordan xilas etsinlər. Çünki, işıqlar yandırılsa çox güman ki, bu zibildən qurtula bilərdim. Bu qarabasmalar məndən nə istəyir axı...Araşdırmalara görə, qarabasmalardan daha çox stress keçirən insanlar əziyyət çəkir. O ki, qaldı, mənim kimi biri ola.

Bir neçə saniyə keçmiş:

-Eşitdiyimə görə cinlər gecələr daha fəal olurlar, xüsusən də 2-4 arası. Gecələr yatarkən ayaqlarımı yorğandan çölə çıxara bilmirəm, daha çox da evdə tək olduğum zamanlar. Hətta, bəzən bütün otaqların işığını yandırıb yatmağa çalışsam da qara fikirləri beynimdən çıxara bilmirəm. Elə bilirəm, cin və ya kabus, xülasə siz nə düşünürsünüz düşünün, hər hansı bir şey bu dəqiqə ayaqlarımdan tutub məni evboyu sürüyəcək-sürüyəcək, axırda da məni götürüb doqquzuncu mərtəbədən yerə vıyıldadacaq. Hər şey bununla bitsə mənim üçün daha da rahat olardı. Çünki, daha dəhşətli şeylərə beynim ssenarilər qurur. Özü də daha betərindən. Cin və ya kabus, və bəlkə də hər hansı bir bədniyyətli ruh, məni saçımdan sürükləyərək hamama gətirib ayağa qaldıraraq başımı güzgüyə çırpır. Güzgünün sınması cəhənnəm, üzüm-gözüm qan içində və azacıq sonra başımı vannanın içinə salmağa başlayır. Vanna ağzına kimi qan içində. Boğsaydı öldürüb canımı qurtarardı və mənə yaxşılıq etmiş olardı. Amma nə boğmaq. O hələ bu mənzərəni daha da dramatikləşdirərək zövq almaq niyyətindədir. Sonra məni hamamdan çıxarıb tualetə apararaq başımı unitaza soxmaqdadır. Murdar sudan bir xeyli mənə içizdirərək başımı bir neçə dəfə divara çırpmaqdadır. Divarlara sıçramış qan qorxu filmlərindəki əcaib səhnələri xatırlatmaqdadır. Sanki, divarlarda qanla “ölüm” yazılmaqdadır. Səsi qonşular eşidə bilərdi, amma tərslikdən ən yaxın qonşular bir neçə gün öncə evdən getmişdilər. Sanki, olacaqlardan xəbərdar imişcəsinə. Bəs niyə mənə deməmişdilər? Ax sizi xainlər. Düşünmək qabiliyyətimin tamamilə itməməsindən bir anlıq haqsız yerə qonşuların günahını yumağımdan utandım. Axı onlar olacaqları haradan biləydilər və ya bilib nə edə biləcəkdilər ki...Kim bu ifritlə mübarizə aparmağa özündə güc tapa bilərdi... Əlbəttə, heç kim. Nə isə, harada qalmışdım. Bəlkə heç ardını davam etməyim və bəlkə davam edim. İki od arasında qalmışam vallah. Axı mən yazı yazmalıyam. Bu nə qaranlıq düşüncələrdir yenidən yaxaladı məni. Yox heç nəyə baxmayaraq davam edəcəyəm. Hə burda qalmışdım axı. Murdar sudan bir xeyli mənə içizdirərək başımı bir neçə dəfə divara çırpdıqdan sonra məni sürüyərək mətbəxə aparıb başımı yanmaqda olan qazın üzərinə yaxınlaşdırdı. Dərim əriyərək ətrafa süzülməkdə idi. Amma son nəfəsimi verməyənə kimi bu əzabları yaşamalı, baş verənləri müşahidə etməli idim. Çünki, Əzrayıl adlandırdığımız ölüm mələyi hələ gəlib çıxmamışdı. Deyəsən onun da bu mənzərəyə tamaşa etməkdən xoşu gəlirdi, özü də adını mələk qoyub. Həm də onu niyə qınayım ki, zatən adı üstündə “ölüm mələyi” deyilmi? Bu mənzərəyə şahid olan bir Əzrayıl olacaqdı. Yox unutdum, əstafurullah, bir də ki, Allah. Ax Allah, bu bəlanı sən mənə necə qıydın? Offffff deyəsən dindən-imandan çıxıram. Yavaş-yavaş mürtədə çevrilirəm. Allah bağışla məni! Bağışla məni Allah! Məni bağışla ki, mən də səni bağışlayım. Çəkdiyim bu əzabları taleyimə sən yazmamısanmı? Cinləri, şeytanları, ruhları, kabusları sən yaratmamısanmı? Yaratdıqlarından daha çox səndən inciyirəm Allah. Offff, gör mən nələr danışıram, nələr düşünürəm Allah. Xətasız qul olmaz. Allah bağışla məni! Bağışla məni Allah! İllər öncə yazdığım bir şeirdən bu misralar indi necə də yerinə düşür:

Nədir bu qaranlıq? nədir bu zülmət?

Varmı bu dəhşətin sonu ilahi?

Canı sən vermisən, sənə əmanət,

Qoru qaranlıqdan onu ilahi!

Ax, qaranlığı yazmaqdaykən haradan gəldi beynimə bu yarı sərsəm, yarı həqiqətin özü olan fikirlər. Bəlkə heç bu haqda yazmayım. Başqa maraqlı bir mövzu daha gözəl olmazmı... Yox. Elə əsas qorxduğum şeylərdən yazmaq arzusunda deyildimmi...Bu yaxşı mövzu ola bilər. Elə isə mövzunu əsla dəyişməyim.

Kompüterin enerjisi də bitmək üzrədir. 3 faiz qalıb. Görəsən adaptrı hara qoymuşam. Ax, bayaqdan hər şeyi fikirləşirəm, xəyallarımla kainatı fəth edirəm amma gözümün qarşısındakı adaptrı görməyəcək qədər kor olduğumundan xəbərsizəm.

Adaptr sayğaca qoşulduqdan bir az sonra “facebooka” ismarıc gəlir:

-“Qardaş hələ yatmamısan? Saat dördə işləyir”

-Bir buna deyən lazımdır ki, a zalım balası bəs özün neyçün yatmamısan...Deyən lazımdır deyəndə ki, niyə də özüm yazmayım ki...


Chapters
1. Qələm və Kompüter
Let Habil Yashar Yazar know what you thought about this chapter!
Love this

0

Love this

Funny

0

Funny

Spicy

0

Spicy

Suspenseful

0

Suspenseful

Emotional

0

Emotional

Profound

0

Profound

Heartwarming

0

Heartwarming

Shocking

0

Shocking

Good Writing

0

Good Writing

Compelling Plot

0

Compelling Plot

Great Character

0

Great Character

Strong Dialog

0

Strong Dialog

Further Recommendations

The Vendeleer Brothers

Lynne: This was a different read for me but enjoyable .don't think I will ever read anything like this book again.disturbing in places but a good read if you like stories about ghosts

Read Now
Learning to Love

Sienna Hayes : Hi, I’m Sienna! I read your story and I really liked it. While reading it, I was already imagining the scenes as visuals in my mind. I would love to adapt your story into comic art. I’m really passionate about creating comics, especially adapting stories into visual form. Your story could look amazi...

Read Now
The Pack - On the Run (unedited)

Elysiagems: Hi Marcy,I went into The Pack - On the Run bracing myself for the usual "oops, I’m a werewolf clichés, but then Josie’s dad decided to skip the Father of the Year awards and go full-blown villain at a petrol station. Honestly, I didn’t expect to be nodding along with the tension instead of rolling m...

Read Now
Beyond Reasonable Doubt: Book 1: Counsel for the Wolf

Jodie Hill: My house is a mess, no housework has been completed. Binged 600 pages cause it’s that good. Brilliant!

Read Now
Ice Princess

Cristal_A: Live their journey and how they still found their way back to each other. They were so passionate and really loved each other. Thanks as usual!

Read Now
Abandoned

Suiihera: OMG, I just finished reading your story, and I really enjoyed it! The world you've created is fascinating. As I was reading, I could easily picture the characters, emotions, and key moments unfolding visually.Have you ever considered adapting it into a visual storytelling format such as a comic, man...

Read Now
Fallen Angel

Suiihera: OMG, I just finished reading your story, and I really enjoyed it! The world you've created is fascinating. As I was reading, I could easily picture the characters, emotions, and key moments unfolding visually.Have you ever considered adapting it into a visual storytelling format such as a comic, man...

Read Now
Every Mother's Day

bhumika Kanani: Amazing plot twists and keeps you on the edge...!!A long time since I read something mysterious and full of suspense.. great writing.. waiting for Book 2 though..!!Looking forward to reading more of your work..🤗🤗🤗

Read Now
The Shadow in the Flame

Saraa: Your story has become one of my favorites. I love how you developed the characters over time. Are you already working on another story, or do you have any ideas for future projects?

Read Now